IMG-LOGO

Harri Mitsidis: "NomadMania" səyyahlar klubu Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək

25 Mar 2026 17:16 4 baxış
IMG

"NomadMania" səyyahlar klubu beynəlxalq səyyahların martın 26-27-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfərinə həsr olunmuş mətbuat konfransı keçirib

"Report" xəbər verir ki, mətbuat konfransı zamanı "NomadMania" səyyahlar klubunun rəhbəri Harri Mitsidis klub iştirakçıları üçün brifinq keçirərək səfərin detalları və Qarabağın tarixi barədə danışıb.

H.Mitsidis qeyd edib ki, Qarabağ regionunda çoxlu öyrənilməmiş yerlər qalır.

"Qarabağ bir çox cəhətdən az öyrənilmiş region olaraq qalır. Biz təbiətimiz etibarilə belə az öyrənilmiş regionlara daha çox maraq göstəririk, hesab edirik ki, onları ziyarət etməyə dəyər", - o bildirib.

Klubun rəhbəri qeyd edib ki, Qarabağın tarixi öyrənilmək üçün dərindən araşdırma tələb edir.

Səyyahlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və ermənilərin Azərbaycan ərazisində törətdiyi cinayətlər barədə qısa məlumat verilib.

"Yüzlərlə dinc sakinin qətlə yetirildiyi 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı ən faciəli hadisələrdən biri oldu. Bu epizod müharibə zamanı ən qəddar hadisələrdən birinə çevrildi", - o qeyd edib.

H.Mitsidis həmçinin Azərbaycanın mina probleminə də toxunub:

"Piyada əleyhinə minalar problemi çox kəskin xarakter daşıyır, ərazilərin təmizlənməsi prosesi isə çox vaxt aparır. Bu, çox zəhmət tələb edən və bahalı bir prosesdir".

Səyahətçilər qrupunun rəhbəri vurğulayıb ki, turistlər səfər zamanı tarixi yerləri ziyarətlə bərabər, Qarabağın təbiətindən zövq ala və Azərbaycan tarixinə daha dərindən nüfuz edə biləcəklər.

Xəbər lenti