IMG-LOGO

Rusiya Yaxın Şərqdəki müharibəyə görə enerji resurslarının tədarük zəncirlərini dəyişir

25 Mar 2026 16:14 4 baxış
IMG

Rusiya Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq enerji resurslarının tədarük zəncirlərinə yenidən baxır, ilk növbədə ümumi sərhədi olan qonşu ölkələrə istiqamətlənəcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyov deyib.

Tsivilyov Yaxın Şərqdəki hərbi münaqişəni bütün dünya iqtisadiyyatı üçün böyük çağırış adlandırıb və bu səbəbdən yeni logistika zəncirləri sistemini qurmaq lazım gələcək.

Onun sözlərinə görə, Hörmüz boğazının faktiki blokadası səbəbindən "istənilən tədarük zənciri zərbə altında ola bilər".

"Buna görə də biz indi mövcud tədarük zəncirlərini yenidən nəzərdən keçiririk. Biz ilk növbədə enerji resurslarının tədarükünü sərhədlərimiz olan, risklərin daha az olduğu ən yaxın qonşularla həyata keçirəcəyik, eləcə də neft məhsullarının tədarükü üzrə digər logistikaya da yenidən baxacağıq", - o vurğulayıb.

Xəbər lenti