IMG-LOGO

İsraildə ehtiyatda olan 400 minədək hərbçi orduya çağırılacaq

25 Mar 2026 16:21 4 baxış
IMG

İsrail hökuməti İran və "Hizbullah"a qarşı hərbi əməliyyatlar fonunda Müdafiə Ordusuna 400 minədək ehtiyatda olan hərbçini çağırmağa icazə verib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, bu, ordunun çağıracağı ehtiyatda olan hərbçilərin faktiki sayı deyil, daha çox "operativ ehtiyaclara uyğun olaraq çevikliyi təmin edən limit"dir.

Əvvəlki 280 minlik ehtiyatda olan hərbçi limiti 2025-ci ilin dekabrında təsdiqlənmişdi.

Xəbər lenti