IMG-LOGO

Novak: Rusiya bazarını yanacaqla təmin etmək üçün təcili tədbirlər lazımdır

25 Mar 2026 13:37 2 baxış
IMG

Rusiyanın mövcud qlobal enerji böhranı şəraitində daxili bazarı yanacaqla təmin etmək üçün təcili tədbirlər görməsi zəruridir.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

"Bu gün dünyada neft məhsullarının qiymətləri və krək-spredlər (crack spread - neft və ondan alınan neft məhsulları arasındakı qiymət fərqi) çox artıb və bu, daxili bazarımızın sabitliyinin təmin edilməsinə də öz təsirini göstərir", - Novak bildirib.

Onun sözlərinə görə, bu şəraitdə enerji şirkətləri, Energetika Nazirliyi, Rusiya hökuməti daxili bazarın etibarlı şəkildə təmin edilməsi, yanacaqdoldurma məntəqələrində qiymətlərin artmamasının sabit təminatı üçün ən qısa müddətdə bu məsələni həll etməyə imkan verəcək zəruri mexanizm və alətlərin qəbul edilməsini təmin etməlidir.

"Məsələ mürəkkəbdir və bu, həqiqətən də çox təcilidir", - Novak əlavə edib.

Xəbər lenti