Macarıstan "Drujba" boru kəməri ilə Rusiya neftini alana qədər Ukraynaya qaz tədarükünü dayandırır.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Məlumata görə, bu qərar ölkə hökumətinin iclasında qəbul edilib.
"Nə qədər ki Ukrayna neft tədarük etmir, o, Macarıstandan qaz almayacaq. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzinin sabit qiymətlərini və qazın azaldılmış tariflərini saxlayacağıq", - Orban deyib.
O vurğulayıb ki, Macarıstandan Ukraynaya qaz tədarükü tədricən dayandırılacaq.
Orban əlavə edib ki, ölkəsi eyni zamanda öz ehtiyatlarını artıracaq: "Macarıstanda qalacaq qaz elə burada da saxlanılacaq".