IMG-LOGO

Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

27.02.2024 16:10 79 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Bəhruz Mustafaya Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrıb.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir", - deyə o qeyd edib.

Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 200 min ₼ #güzəştlikredit əldə edib. #Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi… pic.twitter.com/lhIWZAmUjS

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 27, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti