IMG-LOGO

SOCAR: Əsas məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır

27.02.2024 16:13 83 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və BP-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia (Ciulia Çierçia) ilə görüşündə bildirilib.

Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb.

Ötən ilin dekabrında SOCAR və BP şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan anlaşma memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.

SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “sıfır metan” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.

Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti