IMG-LOGO

AZPROMO "Alibaba Group"la Anlaşma Memorandumu imzalayıb

27.02.2024 16:14 89 baxış
IMG

Bu gün Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi "Alibaba Group" arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin şirkətinin Qlobal Strateji Tərəfdaşlıq üzrə rəhbəri Tim Sonq imzalayıb.

Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti