IMG-LOGO

Azərbaycandan Gürcüstana pul köçürmələri 42 %-ə yaxın azalıb

21 Mar 2026 17:17 4 baxış
IMG

2025-ci ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 26 milyon 244 min ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,6 % azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 8,5 %-dən 5,2 %-ə düşüb.

İl ərzində Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 43 milyon 555 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 23,3 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 3,3 %-dən 3,7 %-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Xəbər lenti