2025-ci ildə Azərbaycan Almaniya iqtisadiyyatına 61 milyon 733 min ABŞ dolları birbaşa investisiya qoyub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Almaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,3 %-dən 2,4 %-ə qalxıb.
İl ərzində Almaniya isə Azərbaycan iqtisadiyyatına 26 milyon 334 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 2,8 dəfə azdır.
Hesabat dövründə Almaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,1 %-dən 0,4 %-ə düşüb.
Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.