IMG-LOGO

“Xiaomi” bu modellərlə əlaqəni kəsdi - İstifadə etmək təhlükəlidir

21 Mar 2026 03:48 3 baxış
IMG
1 0

“Xiaomi” şirkəti məşhur “Xiaomi 12 seriyası da daxil olmaqla, dörd smartfon modeli üçün proqram təminatı və təhlükəsizlik yeniləmələri dəstəyini rəsmi olaraq dayandırıb.

Lent.az xəbər verir ki, məlumatlara görə, Çin texnologiya nəhəngi Xiaomi, ömrünü bitirənlər siyahısına dörd əsas cihaz əlavə edib.

Bu yeni qərarla “Xiaomi 12” seriyası və Redmi Note 12 5G modelləri artıq heç bir yeniləmə və ya təhlükəsizlik dəstəyi almayacaq.

Android 15 əsaslı “HyperOS 3.0” üzərində işləyən “Xiaomi 12” və “Xiaomi 12 Pro” modelləri ömrünü bitirən cihazların ön sıralarındadır.

Bundan əlavə, “HyperOS 2.0” ilə “Redmi Note 12 5G” və “HyperOS 1.0” ilə “Xiaomi 12 Lite” də artıq dəstəklənmir.

Yeniləmə dəstəyi bitmiş bu cihazlardan istifadəyə davam etmək istifadəçilər üçün əhəmiyyətli təhlükəsizlik riskləri yaradır.

Xiaomi

Xəbər lenti