IMG-LOGO

Məşhur Hollivud aktyoru Çak Norris vəfat etdi

20 Mar 2026 18:13 2 baxış
IMG
3 0

Məşhur Hollivud aktyoru Çak Norris vəfat edib. O 86 yaşında dünyasını dəyişib

Lent.az xəbər verir ki, onun ailəsinin məlumatına görə, aktyor Havaidə yerləşdirildiyi xəstəxanada bu səhər vəfat edib.

Qeyd edək ki, aktyor 10 mart 1940-cı ildə ABŞ-da anadan olub.

O, peşəkar olaraq aktyor, döyüş ustası və döyüş sənətləri üzrə təlimatçı kimi tanınıb.

Karyerasına karate üzrə çempion kimi başlayıb və bir neçə il ardıcıl dünya çempionu olub.

Daha sonra kino sahəsinə keçərək döyüş filmlərində məşhurlaşıb.

Onun ən tanınmış filmləri arasında "Əjdəhanın yolu"  (Bryus Li ilə döyüş səhnəsi məşhurdur), "Missing in Action" və "Delta Force" var.

O, həmçinin "Walker", "Texas Ranger" serialındakı rolu ilə geniş auditoriya qazanıb.

Çak Norris

Xəbər lenti