IMG-LOGO

Azərbaycan Böyük Britaniyanın iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb

20 Mar 2026 17:17 3 baxış
IMG

2025-ci ildə Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 212 milyon 264 min ABŞ dolları birbaşa investisiya qoyub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 91 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 %-dən 8,4 %-ə qalxıb.

İl ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 735 milyon 762 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 0,7 % azdır.

Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 24,3 %-dən 26,3 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Xəbər lenti