IMG-LOGO

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 39 %-ə yaxın artırıb

20 Mar 2026 14:22 3 baxış
IMG

2025-ci ildə Azərbaycan Türkiyə iqtisadiyyatına 344 milyon 989 min ABŞ dolları birbaşa investisiya qoyub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 38,5 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 14,1 %-dən 13,6 %-ə düşüb.

İl ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 1 milyard 230 milyon 846 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 0,9 % çoxdur.

Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 17,3 %-dən 18,7 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Xəbər lenti