IMG-LOGO

Əli Vəliyev paraüzgüçülük üzrə Dünya Seriyasında gümüş medal qazanıb

20 Mar 2026 14:39 2 baxış
IMG

Azərbaycan idmançısı Əli Vəliyev İspaniyanın Barselona şəhərində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasında uğurlu çıxışla diqqət çəkib.

"Report" xəbər verir ki, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 0.41 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Qeyd edək ki, Barselonada təşkil olunan Dünya Seriyasında dünyanın müxtəlif ölkələrindən güclü idmançılar çıxış edir.

Xəbər lenti