IMG-LOGO

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 47 % artırıb

20 Mar 2026 11:52 3 baxış
IMG

2025-ci ildə Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatına 130 milyon 239 min ABŞ dolları birbaşa investisiya qoyub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 47,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5 %-dən 5,2 %-ə qalxıb.

İl ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 204 milyon 368 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 36,4 % çoxdur.

Hesabat dövründə ABŞ-nın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dən 3,1 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Xəbər lenti