IMG-LOGO

İsrail Xəzər dənizində İran HHQ-nin infrastrukturuna zərbələr endirib

19 Mar 2026 18:39 4 baxış
IMG

İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İranın Hərbi-Dəniz Qüvvələrinin əsas infrastrukturuna zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr ötən gün İsrail HHQ-nin qırıcı təyyarələri tərəfindən kəşfiyyat məlumatları əsasında endirilib. Hədəflər İranın onlarla hərbi gəmi, eləcə də raket gəmiləri və patrul katerlərinin olduğu HDQ bazaları və limanlardakı obyektlər olub.

Vurulmuş hədəflər arasında hava müşahidə sistemləri və əlavə sualtı qayıq əleyhinə raketlərlə təchiz olunmuş gəmilər, köməkçi gəmilər və patrul katerləri var idi. Həmçinin İran HDQ-nin Xəzərdə dəniz əməliyyatlarını idarə etdiyi limanın komanda mərkəzi və gəmilərin təmiri və texniki xidməti üçün istifadə olunan əsas infrastruktur da vurulub.

İsrail ordusunda qeyd ediblər ki, liman İran HDQ tərəfindən cari hərbi əməliyyatların aparılması üçün istifadə olunurdu.

Xəbər lenti