IMG-LOGO

Olimpiya mükafatçısı Rəsul Çunayev: "Güləşin inkişafı üçün bacardığımı etməyə çalışıram"

19 Mar 2026 15:23 2 baxış
IMG

Güləşin inkişafı üçün bacardığımı etməyə çalışıram.

"Report" xəbər verir ki, bunu güləş üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev deyib.

O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə fikirlərini iştirakçılarla bölüşüb:

"Güləşin inkişafı üçün bacardığımı etməyə çalışıram. Güləş mübariz idman növüdür. İnsana ayaqüstə durmağı öyrədir. Çəkdiyin əziyyətin sonunda qələbə qazananda düşünürsən ki, buna dəyər. Bu hissləri yaşamağı hər birinizə arzulayıram".

Xəbər lenti