IMG-LOGO

Bayram günü üçün hava XƏBƏRDARLIĞI - Qar, dolu, sel

19 Mar 2026 15:21 3 baxış
IMG
0 0

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava proqnozu

Xəbər lenti