IMG-LOGO

İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb

19 Mar 2026 13:34 3 baxış
IMG

İsrail HƏMAS-ın Xan-Yunisdəki (Qəzza Zolağı) hərbi kəşfiyyat komandiri Məhəmməd Əbu Şalalın öldürüldüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

Məlumata əsasən, əməliyyat İsrail Ordusu və ŞABAK-ın (İsrail təhlükəsizlik xidməti) birgə qüvvələri tərəfindən həyata keçirilib, Əbu Şalal dəqiq zərbə ilə öldürülüb.

Ordudan bildirilib ki, Əbu Şalal kəşfiyyat zabiti olub və 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında bilavasitə iştirak edib.

Xəbər lenti