IMG-LOGO

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 2 dəfə artıb

19 Mar 2026 13:37 3 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 106,1 milyon manat investisiya qoyulub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə fevralda sektora investisiya qoyuluşu 31,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 70 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 4,4 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.

Xəbər lenti