IMG-LOGO

İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir

19 Mar 2026 11:19 3 baxış
IMG

İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandıraraq ondan təzminat tələb edir.

"Report" "Nournews"a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

"BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və mənəvi ziyanı ödəməlidir", - məktubda deyilir.

Xəbər lenti