IMG-LOGO

Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd olunub, əməkdaşları təltif edilib

23.02.2024 20:38 83 baxış
IMG

Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd olunub, əməkdaşları təltif edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xidmətin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər Xiyabanında ölkənin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların məzarları ziyarət olunub.

Maliyyə Monitorinqi Xidmətinin 15 illik yubileyinə həsr edilmiş tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Xidmətin heyətini xüsusi gün münasibətilə təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanda ədalətli bazar və sağlam iqtisadi maliyyə münasibətlərinin davamlı inkişafına, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa Şurasının 5-ci raund MONEYVAL qiymətləndirmə prosesinin ölkəmiz üçün uğurlu nəticəsində Maliyyə Monitorinqi Xidmətin xüsusi rolu olduğu qeyd olunub.

Qurumun İdarə Heyətinin sədri Zaur Fətizadə Maliyyə Monitorinqi Xidmətinin əldə etdiyi uğurlara, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara dair təqdimatla çıxış edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti