IMG-LOGO

AMB "PAŞA Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə edib

18 Mar 2026 17:14 6 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində "İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi 600 manat cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

Xəbər lenti