IMG-LOGO

Gənclər Fondu auditor seçib

18 Mar 2026 13:59 2 baxış
IMG

Gənclər Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 10 150 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Tax Audit" MMC olub. Şirkətə 2 800 manat ödənilib.

Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.

Xəbər lenti