Dövlət İmtahan Mərkəzi 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 63 720 manat ödəniləcək.
2023-2024-cü illər üzrə bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 31 570 manat ödənilib.