ABŞ İrana hücumlarını İslam Respublikasının nüvə silahı hazırlaması ehtimalı ilə əlaqələndirir, Tehran isə bunu təcavüz üçün bəhanə hesab edir.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.
"ABŞ hakimiyyəti İrana qarşı qeyri-qanuni müharibəyə bəraət qazandırmaq üçün "böyük yalanı", yəni "İran nüvə silahına sahib olmağa çalışır" böhtanını təkrarlayır",- o bildirib və əlavə edib ki, hazırkı müharibənin İrana qarşı "təcavüz aktı" olduğunu bütün dünya etiraf etməlidir:
"Bu elə bir ədalətsiz müharibədir ki, xırda bəhanələrlə ona bəraət qazandırmaq olmaz".