İran kəşfiyyatı İsrailin yüksəkvəzifəli zabitinin öldürülməsi üzrə uğurlu əməliyyat həyata keçirdiyini iddia edib.
"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İran xüsusi təyinatlı qüvvələrinin İsrail ərazilərində əməliyyatı nəticəsində bu ölkənin təhlükəsizlik qüvvələrinin yüksəkvəzifəli əməkdaşlarından biri öldürülüb.
"Əməliyyat uğurla həyata keçirilib", - SEPAH kəşfiyyatının "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.