IMG-LOGO

Ərdoğan: Müsəlmanların ilk qibləsində ibadətə icazə verilmir

17 Mar 2026 23:40 2 baxış
IMG

İsrail əsassız formada müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsada 17 gündür ibadətə icazə vermir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist və yazıçılarla iftar süfrəsində deyib.

"Əvvəlcə Qəzzanı, ardınca Yəmən və Livanı, son olaraq da İranı hədəf alan hücumların məqsədinin sadəcə təhlükəsizlik olmadığını bilirik",- o bildirib və əlavə edib ki, müharibə ilə eyni vaxtda qəribə xəbərlər gündəmə gətirilir:

"Bizə diktə edilən gündəmdən xilas olub bütün həqiqətlərin əks-səda doğuracaq şəkildə dünyaya çatdırılması önəmlidir".

Xəbər lenti