Kanada İranın Fars Körfəzi ölkələrinə hücumlarını pisləyib.
"Report" xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand türkiyəli həmkarı Hakan Fidanla Ankarada birgə mətbuat konfransında deyib.
"Körfəz ölkələri ilə həmrəylik ifadə etdik, İranın hücumları dayandırılmalıdır",- A.Anand bildirib və əlavə edib ki, İslam respublikası Türkiyəyə də hava zərbələrinə cəhd etməməlidir.