IMG-LOGO

Anand: Kanada nüvə sahəsindəki təcrübəsini Türkiyə ilə bölüşəcək

17 Mar 2026 20:23 4 baxış
IMG

Türkiyə ilə Kanadanın nüvə sahəsində əməkdaşlığı geniş enerji dialoqu çərçivəsində aparılır.

"Report" xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand türkiyəli həmkarı Hakan Fidanla Ankarada birgə mətbuat konfransında deyib.

"İmzalanan anlaşma memorandumu da Kanada ilə Türkiyənin nüvə sahəsində əməkdaşlığına hesablanıb",- A. Anand bildirib.

Onun sözlərinə görə, enerji əməkdaşlığı əsasən Qara dəniz hövzəsini əhatə edəcək. "Kanada nüvə sahəsində Türkiyə ilə öz təcrübəsini bölüşəcək",- kanadalı nazir vurğulayıb.

Xəbər lenti