IMG-LOGO

Şuşada İlaxır çərşənbənin tonqalı qalanıb

17 Mar 2026 20:03 4 baxış
IMG

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində İlaxır çərşənbə qeyd edilib.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bayram tədbirində şəhər sakinləri və qonaqlar iştirak ediblər.

Qala divarları yanında bayram tonqalı qalanıb, sakinlər bir araya gələrək rəqs ediblər.

Qeyd edək ki, 1992-ci ildə ermənilər tərəfindən işğal edilən Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Xəbər lenti