2025-ci ildə Azərbaycanın nəqliyyat xidmətləri dövriyyəsinin dəyəri 5 milyard 383 milyon ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,8 % çoxdur.
Ötən il nəqliyyat xidmətləri üzrə ixracın dəyəri 3 milyard 654,46 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 15,4 % çox) olmaqla 1 milyard 728,506 milyon dollarlıq (7,8 % az) idxalı üstələyib, nəticədə nəqliyyat xidmətləri üzrə 1 milyard 925,954 milyon ABŞ dolları (49,1 % çox) profisit yaranıb.
Ümumi dəyəri 5,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,9 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.