IMG-LOGO

Azərbaycan iki ayda 4 milyon tona yaxın neft ixrac edib

17 Mar 2026 12:50 6 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,6 %, dəyəri isə 36,2 % azdır.

Ötən iki ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,51 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Xəbər lenti