IMG-LOGO

Milli Məclisdə Rusiyadakı azərbaycanlıların problemləri qaldırıldı

17 Mar 2026 12:04 7 baxış
IMG
0 0

Milli Məclisdə Rusiyada azərbaycanlı miqrantların üzləşdiyi problemlər qaldırılıb. 

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, Rusiyada miqrantlara problemlər yaradılır: “Rusiya ilə açıq danışmaq lazımdır. Rusiya dövləti miqrantlara qarşı apardığı bu siyasətə, miqrantlara problemlərin yaradılmasına aydınlıq gətirməlidir. Bu gün səhər oxudum ki, Rusiyada azərbaycanlı miqrantın əmlakı əlindən alınıb. İndi rus dili tələbini qaldırırlar ki, Rusiyaya gələn miqrantlar rus dilini bilməlidir. Digər tərəfdən də görürük ki, minlərlə hindistanlı miqrant Rusiyada işə cəlb edilir. Guya hindistanlı miqrantlar rus dilini bilir?! Müvafiq dövlət orqanları da bununla bağlı iş aparmalıdır”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, Azərbaycan dövləti bu gün çox açıq, çox ciddi şəkildə bütün ölkələr qarşısında özü ilə bağlı tələbləri ortaya qoyur və Rusiya da istisna deyil.

Milli Məclis Rusiyada yaşayan azərbaycanlılar

Xəbər lenti