IMG-LOGO

MM MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokolu təsdiq edib

17 Mar 2026 11:42 5 baxış
IMG

Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"unu xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xəbər lenti