Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri Arsenio Dominqes bildirib ki, Hörmüz boğazında hərbi müşayiət bu regiondan keçən gəmilərin təhlükəsizliyinə tam zəmanət vermir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" "Financial Times" nəşrinə istinadən məlumat yayıb.
Dominqesin sözlərinə görə, hərbi dəniz qüvvələrindən istifadə Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün uzunmüddətli və ya davamlı həll yolu deyil.
"Gəmiçilik əsl səbəblərinin bizim sahə ilə heç bir əlaqəsinin olmadığı münaqişənin (İran ətrafındakı - red.) təsadüfi qurbanına çevrilib", - Dominqes vurğulayıb.
O, həmçinin Fars (Kəngər) körfəzində qida və ilkin zərurət malları tükənməkdə olan gəmi heyətlərinin taleyi ilə bağlı dərin narahatlığını bildirib.