İsrail Müdafiə Ordusu İranın Tehranda, Təbrizdə və Şirazdakı bir sıra hərbi obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Məlumata görə, bu şəhərlərə endirilən zərbələr zamanı komandanlıq mərkəzləri, hava hücumundan müdafiə (HHM) sistemləri, pilotsuz uçuş aparatları və ballistik raketlərin anbarları vurulub.
Bu gün İsrail ordusu İranın strateji infrastrukturuna zərbələr endirdiyi barədə məlumat yaymışdı.