IMG-LOGO

“Bakıda insanlar dronlardan narahat olub, dövlət orqanları açıqlama vermir” - Deputat

17 Mar 2026 11:22 4 baxış
IMG
0 0

“İnsanlar martın 16-da Bakıda dron səslərindən narahat olub. Çox təəssüf ki, dövlət orqanları bu barədə heç bir məlumat vermir”.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “İnformasiya əldə etmək haqqında” qanuna görə belə vəziyyətdə insanları informasiya ilə təmin etmək dövlət orqanlarının borcudur: “İnformasiya ilə təmin olunmayanda çoxsaylı şayiələr yayılır. Bu şayiələrin çoxu da dövlət orqanlarının gözdən salınmasına səbəb olur. Dövlət orqanları cəmiyyəti belə hadisələrlə bağlı vaxtında məlumatlandırmalıdır. Milli Məclis mənim bu çıxışımı deputat sorğusu kimi qəbul etsin və Müdafiə Nazirliyinə ünvanlasın”.

Qüdrət Həsənquliyev

Xəbər lenti