IMG-LOGO

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mar 2026 10:14 5 baxış
IMG

Pakistan vətəndaşı Əbu-Dabinin Bəni-Yas rayonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində həlak olub.

"Report" xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Əbu-Dabinin səlahiyyətli xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının Bəni-Yas rayonuna düşməsi nəticəsində baş verən hadisəyə reaksiya verib", - məlumatda qeyd olunur.

Xəbər lenti