IMG-LOGO

Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub

17 Mar 2026 10:38 5 baxış
IMG

Oman körfəzində, Birləşmiş Ərəb Əmirliyinin Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilir.

Tankerin korpusunda cüzi zədələrin olduğu bildirilir.

Ekipaj üzvləri xəsarət almayıb.

Xəbər lenti