Ötən il Azərbaycan 145,3 milyon ABŞ dolları dəyərində 20 min 130 ton kərə yağı idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 4 % çox, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 51 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 8 min 616 ton (-40 %), Yeni Zelandiyadan 34 milyon ABŞ dolları dəyərində (-4 %) 4 min 269 ton (-20 %), Səudiyyə Ərəbistanından 14,5 milyon ABŞ dolları dəyərində 1 min 635 ton (1 il əvvəl tədarük olmayıb), Belarusdan 11,45 milyon ABŞ dolları dəyərində (+49 %) 1 min 452 ton (+30 %), Ukraynadan 10,25 milyon ABŞ dolları dəyərində (+68 %) 1 min 389 ton (+58 %) kərə yağı alıb.
Azərbaycan 9 il 2 aylıq fasilənin ardından Uruqvaydan tədarükü (180 min ABŞ dolları dəyərində 25 ton) bərpa edib.