IMG-LOGO

İrina Zaretska: "İlk dəfə qarışıq komanda üzrə Dünya Kubokunda iştirak etmək istəyirik"

17 Mar 2026 10:48 6 baxış
IMG

Karate üzrə Azərbaycan millisi bu il üçün qarşısına maraqlı və yeni məqsəd qoyub.

Bu barədə "Report"a yığmanın üzvü İrina Zaretska (68 kq) açıqlamasında bildirib.

O, özü və komandası üçün yeni hədəflərinin olduğunu söyləyib:

"Qarışıq komanda kumitesində Dünya Kubokuna lisenziya qazanmaq niyyətindədiyik. Azərbaycan hələ qarışıq komanda üzrə bu turnirdə iştirak etməyib. Məqsədimiz həmin yarışa vəsiqə qazanmaqdır".

İ.Zaretska İtaliyanın paytaxtı Romada keçirilmiş Karate1 Premyer Liqa turnirində bürünc medal qazanması ilə bağlı fikirlərini də bölüşüb:

"Mövsümdə ilk yarışım idi. Növbəti dəfə mükafatçılar sırasına düşmək yaxşı başlanğıcdır. Finala niyə vəsiqə qazana bilmədim? Bu suala cavab necə cavab verəcəyimi bilmirəm. Bu, çox səviyyəli yarışdır. Karate elə idman növüdür ki, döyüşün gedişi hər an dəyişir və durumu xeyirinə dəyişmək çətin olur. Mən hər zaman turnirlərə hazır və maksimum nəticəyə köklənmiş şəkildə çıxıram. Sabit şəkildə fəxri kürsüdə yer almağım bunu təsdiqləyir".

Takio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qarşıdakı aylarda qatılacaqları yarışları da açıqlayıb:

"Apreldə Çində Karate1 Premyer Liqa keçiriləcək. İyunda isə Mərakeşdə eyni turnir baş tutacaq. Həmçinin mayda Avropa çempionatı olacaq. Bütün diqqətimi hazırda bunlara yönəltmişəm".

Xəbər lenti