IMG-LOGO

Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb

17 Mar 2026 06:26 2 baxış
IMG

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xəbər lenti