IMG-LOGO

Gürcüstanda "Kəşfiyyat orqanı haqqında" Qanuna dəyişikliklər hazırlanır

17 Mar 2026 02:41 3 baxış
IMG

Gürcüstanda "Kəşfiyyat orqanı haqqında" Qanuna dəyişikliklər hazırlanır.

"Report"un yerli bürosu xəbər verir ki, qanuna bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin parlamentdə müzakirəsinə sabah başlanılacaq və sənəd ilk olaraq Müdafiə Komitəsində birinci oxunuşda nəzərdən keçiriləcək.

Layihəyə əsasən, kəşfiyyat orqanı rəhbərinin birbaşa həyata keçirdiyi səlahiyyətlərlə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri ilə razılaşdırılaraq icra olunan səlahiyyətlərin daha dəqiq şəkildə ayrılması və aydınlaşdırılması planlaşdırılır.

Qanun layihəsində qeyd olunur ki, kəşfiyyat orqanının əməliyyat və analitik bölmələrində rəhbər vəzifələrə – şöbə müdiri və daha yüksək postlara təyinat üçün tələb olunan iş təcrübəsi azaldılacaq. Belə ki, hazırda tələb olunan iki il əvəzinə eyni profil üzrə bir illik iş təcrübəsi kifayət hesab ediləcək.

Xəbər lenti