IMG-LOGO

Qalibaf: İran nə Suriya, nə də Venesueladır

17 Mar 2026 00:32 4 baxış
IMG

Suriya və Venesuelada yaşananlar İranda baş verməyəcək.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"İran nə lideri (Bəşər Əsəd – red.) ölkəni qoyub qaçan Suriya, nə də zor gücü (Nikolas Maduronun həbsi – red.) ilə təslim olmağa məcbur edilən Venesueladır", - Qalibaf bildirib.

Onun sözlərinə görə, dinə bağlı ölkəni məğlub etmək mümkün deyil:

"Düşmənin (ABŞ-İsrail – red.) bizə üçüncü dəfə hücum etməməsi üçün onları peşman etməliyik. Yeganə təhlükəsizlik zəmanətimiz budur".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.

Xəbər lenti