IMG-LOGO

"Bank of Baku" UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır

16 Mar 2026 17:03 3 baxış
IMG

Müştərilərə xidmətdə innovativ həlləri tətbiq edən "Bank of Baku" ASC rəqəmsal transformasiya strategiyası çərçivəsində daha bir addım atıb.

Belə ki, "Bank of Baku" texnologiya lideri olan qlobal "UiPath" şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Bank of Baku"nun daxili idarəetmə sistemlərində və müştəri xidmətlərində Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyası tətbiq ediləcək.

Layihənin əsas məqsədi bankdaxili rutin prosesləri sürətləndirmək, müştərilərə göstərilən xidmət keyfiyyətini ən üst səviyyəyə çatdırmaq, əməliyyat xərclərini optimallaşdırmaqdır.

RƏQƏMSAL ƏMƏKDAŞ DƏSTƏYİ!

Tətbiq ediləcək "RPA" texnologiyası qaydalara əsaslanan və təkrarlanan tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirir və bir növ "rəqəmsal əməkdaş" funksiyasını daşıyır. Bu botlar sayəsində əməkdaşlar texniki işlərdən azad olaraq, daha çox müştəri məmnuniyyətinə və analitika tələb edən, strateji inkişafa yönəlmiş fəaliyyətlərə cəlb olunurlar. Robot texnologiyasının üstünlüklərinə aşağıdakıları da əlavə etmək mümkündür:

24/7 sürətli və dəqiq fəaliyyət; Məsafədən və hibrid əməliyyatların dəstəklənməsi; Rəqəmsal transformasiya təşəbbüslərini sürətləndirməsi; Biznesin inkişafına təkan verməsi.

"Bank of Baku" ardıcıl rəqəmsal layihələrlə texnoloji infrastrukturunu gücləndirərək "Sizə yaxın rəqəmsal bankçılıq" standartlarını davamlı inkişaf etdirməyi hədəfləyir.

"Bank of Baku" hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

"Bank of Baku"nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Xəbər lenti