"Aznet Technologies" MMC nizamnamə kapitalını 6 milyon manat və yaxud 33,3 % azaldaraq 9 milyon manatdan 6 milyon manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Aznet Technologies" Azərbaycanda telekommunikasiya sahəsində fəaliyyət göstərir.