IMG-LOGO

Abşeronda üç qohumunu öldürüb, bir nəfəri yaralayan şəxsin məhkəməsi başlayıb

22.02.2024 10:01 77 baxış
IMG

Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ona hüquq və vəzifələri izah olunub.

Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib.

Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Həşimova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında S.Həşimova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib. 3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub. Saxlanılan zaman üzərində məhkumluğu olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti