Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda saat 14:00-a (Bakı vaxtı ilə saat 13:00) olan seçici fəallığı 51,93% təşkil edib ki, bu da qanuna görə, onun keçərli hesab edilməsinə imkan verir.
"Report" xəbər verir ki, rəqəmlər Mərkəzi Referendum Komissiyasının brifinqində açıqlanıb.
Komissiya katibi Şavxət Utemesovun təqdim etdiyi məlumatlara görə, vətəndaşların 51,93%-i və ya 6.471.378 nəfəri səs verib.
Referendum nəticələrinin etibarlı olması üçün iştirak sayı qeydiyyatdan keçmiş seçicilərin 50%-ni keçməlidir. Hazırda iştirak nisbəti tələb olunan həddən yuxarıdır.